Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Biabırçı olay: İcra başçısı şöbə müdirini döydü - ŞOK İDDİA

İcra başçısı şöbə müdirini döydü

 

Qaradağ rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Rasim Hüseynovun Prezident İlham Əliyevin çıxışı ilə bağlı rişxənd dolu cavabı barədə xəbər vermişdik.

 

Xeberinfo.com:   Xatırladaq ki, şöbə müdiri Qaradağda yaşayan bir şikayətçinin “Bəs Cənab Prezident çıxışları zamanı sahibkarlara və vətəndaşlara şərait yaradılsın deyir” sualına belə cavab vermişdi: “Prezident çox söz deyir. Prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Bu boyda yalan olmaz. Prezident bilmir ki, 168 manata hansı “qurumsaq” işləyər…?”.

Onun bu sözləri lentə alınmış, sosial mediada və KİV-də yayılaraq geniş rezonans doğurmuşdu. Bir dövlət məmurunun belə bir çıxışı ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmışdı. Dövlət başçısının çıxışının bir məmur tərəfindən, özü də rişxənd dolu sözlərlə təkzib edilməsi onun özbaşınalığından, dövlətə, dövlət rəhbərliyinə qarşı saymamazlığından irəli gəlir.

Vətəndaşların başına minbir oyun gətirən, dövlət idarələrini korrupsiya yuvasına çevirən, insanların cibini soyan məmurlar artıq o qədər arxayınlaşıb ki, prezidentin çıxışını belə təkzib etmək cəsarətinə yiyələniblər. Təəssüf ki, cəzasızlıq mühiti bütün əndazələri aşmış bəzi məmurların əl-qolunu daha da açır, insanlara qarşı daha da radikallaşmasına gətirib çıxarır.

Qaradağ İcra Hakimiyyətində baş verən bu hadisə ilə bağlı səs yazısı 20 gündən artıqdır ki, mətbuata çıxsa da, bu barədə tədbir görmək heç kimin ağlına gəlmir və Rasim Hüseynov Qaradağ rayon İcra Hakimiyyətindəki işinin başındadır.

Bəs görəsən, Süleyman Mikayılov işçisinin özbaşınalığına niyə göz yumur? İcra başçısı Prezidentin çıxışına rişxənd edən bir məmuru rəhbərlik etdiyi qurumda niyə saxlayır? Bəlkə elə Süleyman Mikayılov özü da Rasim Hüseynov kimi düşünür, onun kimi prezidentin çıxışına rişxənd edir? 

Bu gün isə həmin məsələ ilə bağlı yeni xəbər yayılıb. AzFakt.com-un əldə etdiyi məlumata görə, dünən Süleyman Mikayılovun kabinetində bir neçə yetkili şəxsin iştirakı iləiclas keçirilib. Bu zaman icra başçısı Rasim Hüseynova əsəbləşərək onu yumuruqlayıb. İddiaya görə, Süleyman Mikayılovun bağırtısı bütün binada eşidilib.

Bizə məlumat verən mənbə qeyd edir ki, icra başçısının şöbə müdirinə qəzəblənməsinin səbəbi Rasim Hüseynovun yayılan səs yazısı olub. Çünki bu səs yazısında şöbə müdiri açıq-aşkar Prezidentin sözlərinə rişxənd edir. Şöbə müdirinin bu cür "siyası səhv" buraxması isə Süleyman Mikayılova baha başa gəlib. Deyilənə görə, icra başçısı Rasim Hüseynova görə Prezident Administrasiyası tərəfindən "qulaqburma" cəzasına məruz qalıb.

Politika.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam