Zeynal Nağdəlıyevin kadrı problemlə üzləşib: MƏNİMSƏMƏ
Məhərrəm Quliyevə qarşı korrupsiya ittihamı irəli sürülə bilər
Xeberinfo.com: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini təftiş etməsi ilə bağlı yayılan məlumat bəzi məmurları ciddi problemlərin gözlədiyindən xəbər verir. Bununla bağlı xeberinfo.com-a daxil olan məlumatda deyilir ki, Maliyyə Nazirliyinin qeyd olunan yoxlamalarından sonra ciddi probemlə üzləşən məmurlardan biri də 2011-ci ilin iyulundan Ağstafa rayon icra hakimiyyətinə başçılıq edən Məhərrəm Quliyevdir.
Bu şəxs ictimai-siyasi dairələrdə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Xatırladaq ki, Zeynal Nağdəliyev 2003-cü ildə Lənkəran şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Məhhərəm Quliyev icra başçısının müavini, Prezident Administrasiyasının şöbə müdiri təyin edildikdən sonra Məhərrəm Quliyev də həmin şöbənin baş məsləhətçisi olub. Onun Ağsatafa rayon icra hakimiyyətinin başçısı təyin edilməsinin arxasında birbaşa Zeynal Nağdəliyevin dayanması ilə bağlı iddialar var.
Biz ötən günlərdə cənab Məhərrəm Quliyevin Ağstafa rayonundakı fəaliyyəti ilə bağlı “Ağstafa korrupsiya burulğanında: abadlıq və təmir adı ilə dövlət vəsaitinin mənimsənildiyi iddia olunur: ARAŞDIRMA” sərlövhəli yazı dərc etmişik. Bu yazıda da rayon rəhbərliyinin müxtəlif adlarla dövlət vəsaitini mənimsəməsindən bəhs olunurdu.
İndi isə Maliyyə Nazirliyinin yaydığı məlumat Zeynal Nağdəliyevin bu kadrının üzərinə növbəti korrupsiya kölgəsi sala bilər. Xüsusilə də, Maliyyə naziri Samir Şərifovun cəza tədbiri kimi Ağstafa rayonu maliyyə idarəsinin rəisini yol verdiyi nöqsanlara görə vəzifədən azad etməsi bu rayonda büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı məlumatların əsassız olmadığını göstərir. Məlumata görə, maliyyə nazirliyinin müffətişlərinin diqqətini çəkən əsas məqam isə büdcə vəsaitləri hesabına Yaşar Aslanovun direktor olduğu “Səma-MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) gördüyü işlər olub. Rayondakı mənbəmizdən aldığımız məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Maliyyə Müffətişliyinin əməkdaşlarının nazir Samir Şərifovun əmri əsasında həyata keçirdikləri maliyyə təftişi zamanı Yaşar Aslanovun rəhbərlik etdiyi “Səma-MM İnşaat” MMC-nin rayon icra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi hallar aşkar olunub.
Müfəttişlərin əsas diqqətini çəkən əsas məqam isə yarım milyon manatdan artıq büdcə vəsaitinin hesabına Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə abadlıq işlərinin görülməsi ilə bağlıdır. Mənbə bildirir ki, müfəttişlər təftiş apardıqdan sonra üzə çıxardıqları faktları nazirliyə təqdim ediblər. Həmin faktlardan xəbərdar olanlar icra başçsıının tezliklə vəzifəsindən kənarlaşdırılacağını gözləyirlərmiş. Bu gözlənti ötən ilin iyulunda rayon maliyyə idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılanda daha da artıb.
Məlumata görə, maliyyə naziri Samir Şərifov icra başçısının vzəifə məsuliyyəti ilə bağlı Prezident Adminstarsiyasına məktub da göndərib. Ancaq bu olaylar icra başçısı üçün təhlükəsiz qurtarıb. Məhərrəm Quliyevin köməyinə yenə də Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev çatıb.
Şöbə müdiri Məhərrəm Quliyevin vəzifəsindən azad ediləcəyi və fəaliyyətinin yoxlanılacağı halda ipin ucunun ona qədər uzanacağından və bundan əleyhdarlarının sui-istifadə edəcəyindən ehtiyat edərək prosesin inkişafının qarşısını alıb. Bu məlumatın nə dərəcədə əsaslı olduğunu qarşıdakı günlərdə araşdırmağa çalışdıq.
Hələlik isə qeyd edək, yalnız ötən il ən azı iki milyon manata yaxın büdcə vəsaitinin Ağsata rayon icra hakimiyytinin başçısı Məhərrəm Quliyevin köməyi ilə “Səma-MM İnşaat” MMC-nin hesabına köçürüldüyü iddia olunur. Məlumata görə, bu prosesdə icra başçısı ilə yanaşı Ağsatafa rayon təhsil şöbəsinin müdiri Leyla İsayevanın da adı hallanır. Təhsil şöbəsinin müdiri Leyla İsayaeva inventarların alınması və ümumtəhsil müəssisələrinin əsaslı təmiri adı altında bir neçə yüz min manatın“Səma-MM İnşaat” MMC-nin hesabına köçürülməsini təmin edib.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ərzaq mallarının satın alınmasında yüz min manata yaxın büdcə vəsaitinin Səadət Nəsibovanın rəhbərlik etdiyi və Qazax rayonunda yerləşən “T.V.Food” MMC-nin hesabına köçrülməsi ilə bağlı maliyyə əməliyyatında da qaranlıq məqamlar var...
Bütün bu məlumatlarla bağlı yazıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə çalışdıq. Hətta sayta qoyulmazdan öncə-ayın 8-də yazını Ağstafa Rayon İcra Hakimiyyətinin elektron poçtuna da ünvanladıq. Təəssüf ki, sonrakı telefon zənglərimizə də, rəğmən, qarşı tərəf heç bir mövqe bildirmədi.
Mövzunun davamı olacaq.
Adil