Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

İTV-də qalmaqal: Departament rəhbəri işdən çıxarıldı

elgunibrahimov9

İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.

Xeberinfo.com:   AzNews.az-a daxil məlumata görə, o, vəzifəsindən dünən çıxarılıb.

Elgün İbrahimov faktı AzNews.az-a təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib: “İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Proseslərə təsir rıçaqlarına malik şəxslərə olan hörmətim və üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək.Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və “çevriliş cəhdi” İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.

Əldə etdiyimiz məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə televiziyanın əməkdaşı Rauf Rəcəbov gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam