Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan mediası tam sərbəstdir”

 

"Jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar"

“Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müsəlman Şərqində 97 il əvvəl ilk parlamentli respublika quran, 140 il əvvəl Şərqdə ilk qəzet buraxan ölkədir”.
 
"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib.
 
Azərbaycanda yaranan demokratik respublikanın 95 il əvvəl Sovet Rusiyası tərəfindən işğal olunduğunu qeyd edən Ə.Həsənov sovet dövründə də Azərbaycanda jurnalistika ənənəsinin inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını vurğulayıb: “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KİV-lər qlobal informasiya məkanına inteqrasiya etməyə başladılar, ölkədə azad media formalaşdı. 2008-ci ildə qəbul edilən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Hazırda Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. İnternetə giriş sərbəstdir, bu isə sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu İnternet istifadəçisidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam