Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Bəzi dairələr İlham Əliyevi yönləndirməyə çalışır”

 

"Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil".

"Xeberinfo.com":   Məlumata görə, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

"Əl-Cəzirə" teleşirkətinin nümayəndəsinin Azərbaycanda "Siyasi məbbuslar nə vaxt azad olunacaq" sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil: "Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, o, məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz".

Onun sözlərinə görə, Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir.

Prezidentin köməkçisi bildirib ki, burada tam siyasi fəaliyyət azadlığı var: "Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kamaniyaya çevrilən "Azərbaycanda siyasi məhbus, insan hüquqları, mətbuat azadlığı mövcuddur" fikirlərinin heç bir əsası yoxdur".

Əli Həsənov həmçinin bildirib ki, Avropa Oyunları bəzi dairələr tərəfindən ciddi-cəhdlə siyasiləşdirilməyə çalışılır: "Son vaxtlar bəzi dairələr prezident İlham Əliyevin iradəsinə fərqli-fərqli subyektiv mülahizələrə görə təsir etməyə, yönləndirməyə çalışırlar. Anti-Azərbaycan platforması formalaşdıraraq sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Bu həm bəzi Avropa dövlətlərinin, həm də ABŞ-ı təmsil edən QHT-lərin, Avropa Parlamentinin, Avropa Şurasının bir sıra hüquq-müdafiə təşkilatlarının fəaliyyətində özünü göstərir”.

"Trend" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam