Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həştərxanda Heydər Əliyev adına məktəbdə son zəng tədbiri - FOTOLAR

 

Bu gün Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə dərs ilinin bitməsi ilə əlaqədar son zəng tədbiri keçirilib.

Xeberinfo.com:   Təntənəli mərasimdə Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, ictimaiyyətin nümayəndələri, valideynlər, vaxtilə həmin məktəbdə çalışmış muəllimlər və şagirdlər iştirak ediblər.

D.Afanasyev Heydər Əliyev adına məktəbin yenidən qurulması, əlavə yeni tədris korpuslarının inşası və bütün lazımi avadanlıqlarla təchiz edilməsinin Həştərxan vilayəti və Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlığın nəticəsi olduğunu qeyd edərək, məzunlara vahid dövlət imtahanını müvəffəqiyyətlə verməyi və ölkənin ali təhsil müəssisələrinə daxil olmağı arzulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov müəllimləri, şagirdləri və onların valideynlərini tədris ilinin başa çatması münasibəti ilə təbrik edərək, müəllimlərə sağlamlıq, yaradıcılıq işlərində müvəffəqiyyətlər, bu təhsil ocağını bitirən gənclərə isə Heydər Əliyev adına məktəbin məzunu adını gələcək həyat yollarında şərəflə daşımağı arzulayıb.

Məktəbin direktoru Tatyana Tixomirova öz çıxışında bu ilin məzunlarının Heydər Əliyev adına məktəbin 5-ci yubiley buraxılışı olduğunu deyərək,  məktəbin yenidən qurulması və ona yeni həyat bəxş etdiyi üçün Heydər Əliyev Fonduna öz dərin minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, bu il sözügedən məktəbi 11-ci siniflər üzrə 21 məzun, 9-cu siniflər üzrə isə 58 məzun bitirib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam