Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatların verilməsi- FOTOLAR

 

Bu gün Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən 10 şagirdinə və 5 ən yaxşı müəlliminə artıq beşinci ildir ki ənənəyə çevrilmiş mükafatların təntənəli təqdim olunması mərasimi keçirilib.

         Xeberinfo.com:   Təntənəli mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC - nin sədri Rauf Vəliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllim, şagird və valideynlər iştirak ediblər.

            Tədbirin əvvəlində məktəbin direktoru Tatyana Tixomirova Leyla Əliyevanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Puşkin medalı ilə mükafatlandırılması münasibətilə təbrik edib. O vurğulayıb ki, mükafat Leyla Əliyevaya Rusiya Federasiyası ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələr, iqtisadi münasibətlərin inkişafını, özünü Həştərxan vilayətində xüsusilə büruzə verən, xaricdə rus dili və mədəniyyətinin qorunması və yayılması istiqamətində gördüyü işlər müqabilində təqdim olunub.

            Öz çıxışında Rauf Vəliyev Heydər Əliyev Fondu tərəfindən Həştərxanda inşa olunan obyektlər barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin adını həyatları boyunca şərəf və ləyaqətlə daşımağı arzulayıb. Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC – nin adından məkətibin direktoru Tatyana Tixomirovaya qiymətli hədiyyə təqdim edib.

            Ədalət Hüseynov Nərimanov Rayon İcra Hakimiyyəti adından Heydər Əliyev adına 11N-li məktəbin məzunu, Həştərxan Dövlət Universitetinin tələbəsi Yelizaveta Boqdyuka Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlıq çərçivəsində məktəbli və gənclərin millətlərarası münasibətlərin  möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Təşəkkürnamə və dəyərli hədiyyə təqdim etdi.

            Məktəbin direktoru Tatayna Tixomirova Heydər Əliyev Fondunun mükafatlarını şagird və müəllimlərə təqdim etdi.

            Məktəbin ibtidai siniflər müəllimi Oksana Artemyeva Heydər Əliyev Fonduna şagird və müəllimlər adına təşəkkürlərini bildirmiş və Fondun qayğısını daim öz üzərilərində hiss etdiklərini vurğulamışdır.

 

            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam