Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda ibrətamiz evlilik

 

    "xeberinfo.com": Bakıda qeyri-adi toy olub. Əslində toy məclisi sıradan düzənlənib, amma bəy və gəlin kürsüsündə əyləşənlər sıradan olmayıblar. Məlumata görə, bəy kürsüsündə fiziki məhdudiyyəti olan Əli Qasımov, gəlin kürsüsündə isə tamamilə sağlam, üstəlik də gözəl-göyçək Aynurə oturub. 
    Bu isə o deməkdir ki, bu toydan sonra gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında.

Aynurənin ilk evliliyi alınmayıb. Əli isə I qrup əlil olsa da 42 yaşında həyat onun üzünə gülüb. Aynurə ilə tanışlıq və sevgi ona yeni həyat bəxş edib. Sağlamlıq məhdudiyyətli Əli bundan sonra Aynurənin əlləri və ayaqları ilə yaşayacaq. 

Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey-uşaqlarımdır. Əli ilə dini nikahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə baş tutub. Toyumuzu Əlinin hacı dostları etmək istədi. Biz də etiraz etmədik. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq".

"Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Bizim bir-birimizə ehtiyacımız var. Əli yeyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Mənim də onun məhəbbət dolu baxışlarına ehtiyacım var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam