Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Keçmiş MTN naziri apellyasiya şikayəti verməyəcək”

veli-elesgerov1Bu gün vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.
Xeberinfo.com:  Bu barədə “Report”a vəkilin özü məlumat verib.
Onun sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri səhətindən narazı deyil: “Vəli Ələsgərov Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin İstintaq Təcridxanasında normal şəraitdə saxlanılır, onun heç bir problemi yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsin səhhəti normaldır”.
T.Allahverdiyev bildirib ki, V.Ələsgərov barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı apellyasiya şikayəti verilməyəcək: “Bu, Vəli Ələsgərovun öz qərarıdır. O, apellyasiya şikayəti verməyimi istəmir”.
Qeyd edək ki, uzun müddət Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışan V.Ələsgərov ötən ilin dekabr ayında işdən çıxarılıb. Bu il mart ayının 7-də Naxçıvanda saxlanılan V.Ələsgərov barəsində həbs qətimkan tədbirinin seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. May ayının 14-də isə yenidən məhkəmənin qərarı ilə V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam