Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sabiq naziri döydülər

 

Vüqar Xasayev: “Vəli Ələsgərovu aparıb “asarıq, kəsərik” hədələri gəliblər, döyüblər”

 

Xeberinfo.com:  Bu gün Naxçıvan Muxtar Respublikasının(MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovu istintaq təcridxanasına aparıblar. Orada Vəli Ələsgərov döyülüb, təhqir olunub, alçaldılıb. Bu haqda “Yeni Müsavat”a V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib. Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra ombudsmanlıqla əlaqə saxlayıb, Baş Prokurorluğa qanunsuzluq haqda məlumat verib: “Qanunu pozaraq ev dustağı olan Vəli Ələsgərovu aparıb “asarıq, kəsərik” hədələri gəliblər, döyüblər. Deyiblər ki, maddələrini ağırlaşdırıb, həbs qətimkan tədbiri ilə dəyşdirəcəyik. Deyiblər ki, niyə Bakıda mətbuata çıxmısız? Döyüblər, təhqir ediblər”.
Vəkil deyir ki, Vəli Ələsgərov müdafiə hüququ kobud şəkildə pozulmaqda davam edir: “Biz Baş Prokurorluqdan, müraciət etdiyimiz ünvanlardan cavab gözləyirik. Bu qədər qanunsuzluğa “dur” deyilməlidir. Elementar müdafiə hüququnun pozulmasının qarşısı alınmalıdır”.
Qeyd edək ki, Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəzilik naziri olub. Həbsindən bir neçə ay əvvəl ona general-leytenant rütbəsi verilib. Eldar Mahmudov  milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Ələsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub. V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam