Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq MTN başçısı jurnalistlərin və hüquq müdafiəçilərinin qarşısında diz çökdü

“Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovla Eldar Mahmudovla aralarında daim ziddiyyətlər olub”.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, bunu V.Ələsgərovun vəkili Vüqar Xasayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Vəkilin sözlərinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Vəli Ələsgərovun həm özünə, həm ailə üzvlərinə, qohumlarına, onu müdafiə edən vəkillərə qarşı ciddi təzyiqlər olunur, 50-dən artıq qohumu işdən çıxarılıb, qardaşı Əli Ələsgərov isə mütəmadi olaraq hüquq-mühafizə orqanlarına aparılıb-gətirilir: “Vəli Ələsgərov ötən ilin dekabr ayının 18-də vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra qardaşının, qohumlarının ümumi dəyəri 6 milyon manat olan əmlakları əllərindən alınıb, başqa şəxslərin adlarına keçirilib. Bu ilin mart ayının 7-də barəsində həbs-qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib.

İstintaqı Naxçıvan Muxtar Respublikasının prokurorluğu aparır. Keçmiş nazirə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr vəzifədən çıxarılan hər bir məmura qarşı irəli sürülə bilər”.

Daha sonra vəkil müdafiə etdiyi şəxsin işgəncələrə məruz qalmasından danışıb. Vəkilin sözlərinə görə, vaxtilə Vəli Ələsgərovun tabeçiliyində olan şəxsləri, onun keçmiş işçilərini yanına gətirirlər, generalın ləyaqətini alçaldan hərəkətlərə yol verirlər, döyürlər: “Martın 14-də mən Vəli Ələsgərovla görüşüb onunla müqavilə bağladım. Ona qarşı çox işgəncələr olub, öz əleyhinə ifadələr alınıb. Martın 16-da müdafiə etdiyim şəxsin mənim iştirakımla təkrar dindirilməsi barədə vəsatət vermək istəsəm də, mümkün olmadı. Amma müstəntiqlə görüşməyə imkan vermədilər. Hətta dəfələrlə müraciət etməyimə baxmayaraq, müdafiə etdiyim şəxslə görüşməyə qoymurlar. Vəkilindən imtina etmək üçün Vəli Ələsgərova təzyiqlər edilib. Amma Vəli Ələsgərov məndən imtina etməyib. Naxçıvandan qayıdandan sonra bütün bunlarla bağlı Baş Prokurorluğa rəsmi müraciət etdim. Müraciətim araşdırılmaq üçün Naxçıvan prokurorluğuna göndərilib. Halbuki, mənim şikayətim elə bu qurumdandır”.

“Martın 29-da Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə müdafiə etdiyim şəxs barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub. Amma buna baxmayaraq, tez-tez dindirilməyə aparılır və işgəncələrə məruz qalır. Müdafiə etdiyim şəxs bu ittihamları rədd edir. Vəli Ələsgərovun həbsinin əsl səbəbi “MTN işi” ilə bağlıdır. Bu məsələ Eldar Mahmudovla əlaqəlidir. Halbuki, Vəli Ələsgərovla Eldar Mahmudovun yalnız xidməti əlaqələri olub, onların arasında daim ziddiyyətlər olub. Naxçıvan Milli təhlükəsizlik Nazirliyindən barəsində cinayət işi açılan təkcə Vəli Ələsgərovdur. Vəli Ələsgərov 2002-ci ildən Naxçıvanın milli təhlükəsizlik naziri olub”, – deyə vəkil bildirib.

“Vəli Ələsgərovun nazir olduğu dövrdə elə həmin qurumda işgəncələrə məruz qalan, döyülən şəxslər olub. Hətta işgəncələrə dözməyən Turac Zeynalov həmin qurumda dünyasını dəyişib. Generalın rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbəri olmayıbmı?” sualına vəkil “Biz Vəli Ələsgərovun şəxsiyyətini yox, hüquqlarını müdafiə edirik. Cinayət törədən şəxs cəzasını almalıdır”, – deyə cavab verib.

Sonda vəkil ölkə başçısına və baş prokuror Zakir Qaralova müraciət edərək Vəli Ələsgərov barəsində aparılan cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Naxçıvan MR Prokurorluğundan alınaraq Baş Prokurorluğa həvalə olunmasını xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam