Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İnterfax-Azərbaycan"da kütləvi ixtisarlar

 

“İnterfax-Azərbaycan” informasiya agentliyində kütləvi ixtisarlara başlanılıb.

Xeberinfo.com:  Publika.az-ın agentlikdən əldə etdiyi məlumata görə, “İnterfax-Azərbaycan”-ın ümumi işçilərinin 50 faizdən çoxu işdən çıxarılıb. Son günlər ərzində isə agentliyin 10 jurnalisti işini itirib.

Rəhbərlik ixtisarları maliyyə çətinlikləri ilə əsaslandırır.

Xatırladaq ki, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.

Agentliyin yaradılmasında başlıca məqsəd Azərbaycanda baş verən prosesləri dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq, ölkəmiz haqqında tam və dəqiq təsəvvür yaratmaq olub. Bu məqsədlə agentlik “www.ifx.ru” və “www.interfax.az” saytları vasitəsi ilə “on-line” rejimində “Аzərbaycan xəbərləri” və “Новости Азербайджана” adlı xüsusi informasiya məhsulları buraxır.

Baş ofisi Bakıda yerləşən agentliyin Naxçıvan, Gəncə, Lənkəran və Qəbələdə müxbir məntəqələri fəaliyyət göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam