Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniyadan Kremlin ideoloquna ağır zərbə

 

Böyük Britaniya Maliyyə Nazirliyi Rusiya dövlətinə məxsus “Rusiya bu gün” (“Rossiya seqodnya”) beynəlxalq agentliyinin “Barclay's” bankındakı hesabını bağlayıb.

 "Xeberinfo.com":   Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bankın əməkdaşı hesabın bağlanmasının səbəbini açıqlamayıb.

 

“Rusiya bu gün”  informasiya agentliyi 2013-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaranıb. Agentliyin baş direktoru isə məşhur rusiyalı jurnalist Dmitriy Kiselyov təyin olunub. Kiselyov hazırda Kremlin əsas ideoloqlarından biri hesab olunur.

 

Britaniya Maliyyə Nazirliyinin qərarına sərt reaksiya verən Kiselyov agentliyin maliyyə hesabının bağlanmasını senzura kimi qiymətləndirib.

 

Xatırladaq ki, Dmitri Kiselyov Krım hadisələri ilə əlaqədar 2014-cü ilin martında Avropa Birliyinin sanksiyaları siyahısına daxil edilib. Bundan daha əvvəl isə Kiselyov Rusiyanın nüvə potensialından danışaraq ABŞ-ı radioaktiv külə çevirməklə hədələyib.

 

“Rusiya bu gün” agentliyinin maliyyə hesabları iyunun ortalarında Fransada həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam