Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kürdəmirdə qanvermə aksiyası - FOTOLAR

 

Bu gün Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində könüllü qanvermə aksiya təşkil olunub.

Xeberinfo.com: Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də son günlər cəbhə bölgələrində düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.

  Humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

 

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Aksiyada 950 nəfərədək əhali iştirak etmişdir ki, onlardan da 152 nəfərdən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilmişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam