Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İki deputatın "fatihəsi oxundu"

 

Hakimiyyət dairələrindən hər iki deputata 2015-ci il seçkilərində iştirak etməməklə bağlı sərt xəbərdarlıq edildi

 

"xeberinfo.com":Qarşıdan gələn parlament seçkilərində  Milli Məclisin komisiya sədri Rəbiyyət Aslanova və keçmiş baş nazir müavini, hazırda  Rusiyada  yaşayan  Abbas Abbasovun oğlu Aydın Abbasova deputat mantadı verilməyəcək.
  Hakimiyyətdəki mənbədən əldə etdiyimiz məlumata görə, artıq hər iki şəxsə 2015-ci il parlament seçkilərində iştirak etməmək barədə xəbərdarlıq edilib. Mənbə bildirir ki, "nurçu" qalmaqalı zamanı oğlu Elnur Aslanovun vəzifəsini itirməsi ilə  hakimiyyətdəki mövqeləri xeyli dərəcədə sarsılan Rəbiyyət Aslanova  ona edilən  xəbərdarlıqla razılaşıb. Xanım millət vəkili 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Mənbə qeyd edir ki, Rəbiyyət Aslanovaya həmçinin 2013-cü il prezident seçkilərində tutduğu susqun mövqeyə görə də, yumşaq formada desək, qınanıb. Xüsusulə də, 2013-cü il prezident seçkisi öncəsi  Rusiyanın projesi olduğu bildirilən, şərti adı "Milyarderlər İttifaqı" adlanan quruma  qarşı loyal münasibəti  Rəbiyyət Aslanovaya keçilməyib.
Mənbə bildirir ki, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova  da sərt xəbərdarlıq edilsə də, deputat  üzərinə  namizəd olub-olmayacağı haqda heç bir öhdəlik götürməyib. Aydın Abbasovun "vurulması"  isə onun atasının  prezident seçkisi öncəsi və bundan sonra tutduğu mövqe ilə bağlıdır. Mənbə bildirir ki, xüsusilə də Abbas Abbasovun  bir neçə gün ölkə mətbuatında və saytlarda tirajlanan qalmaqallı müsahibəsi  hakimiyyət daxilində əsəblə qarşılanıb. Abbas Abbasovun   Putinin  "canişini" rolunda çıxış etməsi və Azərbaycana qarşı 2013-cü ildən bəri hazırlanan projelərdə əsas fiqur kimi yer alması  Aydın Abbasovla bağlı münasibətləri aydınlaşdırmağa  səbəb olub. 

 

Mənbə bildirir ki, Aydın Abbasov ona edilən xəbərdarlıq zamanı özünü və atasını müdafiə edərək, ailəlikcə prezident İlham Əliyevə sədaqətli olduqlarını desə də, bunun faydası olmayıb. Abbas  Abbasovun Rusiyanın Azərbaycana qarşı  hazırladığı planlarda  əsas  yer alması ilə bağlı  deputatın qarşısına xeyli sayda  fakt qoyulub. Ona bir daha qarşıdan gələn parlament seçkisində iştirak etməmək barədə qəti xəbərdarlıq edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam