Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı”

 

Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 1-də keçiriləcək parlament seçkilərində kimlərin deputat olacağı ilə bağlı siyahı təqdim edib.

"Xeberinfo.com":    Məlumata görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az- bildirib ki, hazırda təbliğat və təşviqat gedir, bu prosesdə hər bir namizəd öz platformasını ortaya qoyur: 

“Əvvəla, seçicilər müxalifətin seçki platformasını dəstəkləyəcəksə, onlar da seçiləcək. İkincisi, Cəmil Həsənli iki dəfə deputat seçilib, yəqin onun da deputatlığı saxta olub, onda niyə seçilməyini gözləyirdi, gedib Mərkəzi Seçki Komissiyasından mandatını alardı”.

Siyavuş Novruzov qeyd edib ki, bu cür böhtan və yalanlar seçkinin üzərinə heç bir kölgə sala bilməz: “Bəli, seçki prosesində, təbliğat-təşviqat zamanı və digər proseslərdə namizədlərin sorğular vasitəsilə ortaya çıxması olur. Bunun digərindən güclü, yaxud hər birinin necə dərəcəsi olduğu bu zaman ortaya çıxır. Bu, normal haldır. ABŞ-da da prezident seçkilərində bununla bağlı məlumatlar verilir. Amma əsas səsvermə noyabrın 1-dədir. Kimə səsə verəcəklərsə, o da Milli Məclisə deputat seçiləcək. Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı. Azad şərait, azad seçki mühiti var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam