Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Samir Şərifov Ziya Məmmədovun yaxın ətrafını çökdürür

ziya-samirNəqliyyat nazirinə yaxın şirkətlər Maliyyə Nazirliyindən pullarını ala bilmirlər

Xeberinfo.com:   Nəqliyyat naziri Ziya Məmmədovla maliyyə naziri Samir Şərifov arasında münasibətlər kəskinləşib. Əldə etdiyimiz məlumata görə, məsələnin kökündə iri infrastruktur layihələri icra edən Ziya Məmmədova yaxın şirkətlərə hələ də pul verilməməsidir. “Maliyyə Nazirliyi heç bir səbəb olmadan şirkətlərin pulunu vermir. Bu səbəbdən də bəzi şirkətlər artıq iflas həddindədir. Şirkət rəhbərləri məsələ ilə bağlı Ziya Məmmədova müraciət etsələr də, nəticəsi olmayıb”, – deyə məlumatı verən mənbə bildirib.

Məlumatda deyilir ki, Ziya Məmmədov dəfələrlə Samir Şərifovla əlaqə saxlamağa cəhd edib. Lakin maliyyə naziri onun zənglərinə cavab vermir. Bu da nəqliyyat nazirinin hiddətinə səbəb olub. Bəzi iddialara görə, Ziya Məmmədov ölkə başçısı Ilham Əliyevlə görüşündə də bu məsələni də onun diqqətinə çatdırıb. Lakin bununla belə şirkət rəhbərləri də məsələ ilə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət etmək istəyirlər.

Bəzi iddialara görə, Samir Şərifov bu addımı ilə Ziya Məmmədovun yaxın ətrafını çökdürmək istəyir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam