Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rövnəq Abdullayevin növbəti “ÇP”si bağışlanacaqmı?

rovneq1ARDNŞ prezidentinin oğlu ilə bağlı qalmaqal onu çətin vəziyyətə salıb

Xeberinfo.com:  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin Istanbulda yol polisi tərəfindən cəzalandırılması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Qeyd edək ki, Rəşad Abdullayev dostları ilə əyləncədən qayıdarkən Istanbulun Ortaköy bölgəsində reydə tuş gəlib.

Bu barədə məlumatı Türkiyənin “Sözçü” internet portalı yayıb. Saytın məlumatına görə, olduqca içkili görünən Abdullayev, polislərin alkolmetrəyə üfürmək təklifini rədd edib və yol polisinə çətinlik törədib. Yol polisindən buraxılmağını tələb edən Abdullayev cibindəki Azərbaycan, Kaliforniya və Qatar sürücülük vəsiqələrini çıxarıb və onun üstünə ataraq “al, hansını istəyirsən, sənin olsun” deyib. Bununla belə, Rövnəq Abdullayevin oğlu cəza almaqdan yaxasını qurtara bilməyib. Polis onu 2000 türk lirəsi (1079 manat) cərimə və 2 illik sürücülük hüququndan məhrum edib. SOCAR rəhbərinin oğlu dostlarının avtomobilinə əyləşərək, hadisə yerini tərk edib.

Sosial şəbəkələrdə cəbhədə gərginliyin olduğu, sadə vətəndaşların evinə bombalar yağdığı bir vaxtda Rövnəq Abdullayevin oğlunun Türkiyədə əyləncəli həyat keçirməsi sərt tənqid olunub. Xüsusilə gənclər Rəşad Abdullayevlə bağlı məsələdən hiddətləniblər.

Qeyd edək ki, bu artıq Rövnəq Abdullayevlə bağlı 3-cü “ÇP”dir. Bundan əvvəl ARDNŞ prezidenti rəhbərlik etdiyi qurumun əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevlə bağlı “villa qalmaqalı” və “Günəşli” yatağında baş vermiş partlayışla gündəmə gəlmişdi. Bəzi iddialara görə, indi də oğlunun əməlləri ilə gündəmə gələn Rövnəq Abdullayev karyerasına son qoyula biləcəyindən narahatlıq keçirir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam