Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir müavini iş adamlarının pulunu niyə vermir? FOTOLAR

arif-esgerov-demiryolArif Əsgərovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət

Xeberinfo.com:  İş adamları Əsgərov Cavanşir Əli oğlu, Əhmədli Camal Qaçay oğlu və Ibadi Rahid Famil oğlu tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Onlar müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Iş adamları yazır ki, nəqliyyat nazirinin müavini Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olarkən sözügedən qurumun sifarişilə bir sıra layihələr reallaşdırıblar.

Nəticədə QSC-nin Cavanşir Əsgərova 150.000 manat, Rahid Ibadiyə 60.000 manat, Caval Əhmədliyə isə 184.600 manat borcu yaranıb. Lakin iş adamları borclarını ala bilmirlər. “Biz Ağstafa, Qazax, Gəncə, Göy-Göl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda işlər görmüşük. Ailəmizdən, evimizdən ayrı düşərək həm dövlət proqramında iştirak etmişik, həm də bir tikə çörək qazanmaq istəmişik. Nəzərinizə çatdırmaq istəyirik ki, biz 10 ilə yaxındır ki, ”Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk. Onlarla müvafiq əmək müqavilələri imzalamışıq. Lakin sonradan məlum olub ki, müqavilələrin surətlərini qəsdən bizlərdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin zəhmət haqqının 20-30 faizini ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir. Dedilər ki, növbəti aylarda pullarınızı alacaqsınız. Lakin belə olmadı. Elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Araşdırmalardan sonra məlum oldu ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 (üç yüz) nəfərə yaxın “ölü can” vardır. Bu yolla o külli miqdarda mal-mülk sahibi olub. Onların siyahısını sizə təqdim edirik.

Quba rayonu, I.Dağıstanlı küçəsində villa;

Qubada restoran;

Şabran rayonunda villa;

Xaçmaz rayonunda dəmir yolu stansiyasının yanında şadlıq sarayı;

Ismayıllıda villa;

Varovskidə, Koroğlu küçəsində əzəmətli villa;

Bilgəhdə villa;

Nabran rayonunda villa;

Gəncə şəhərində “Delavoy dvor” adlanan Azərbaycan küçəsində yerləşən, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər; Qara rəngli “Mercedes GL-500″ markalı 90 AA 856 dövlət nömrəli nişanlı, qara rəngli ”Lexus 5.7″ markalı, 90 AA 524 dövlət nömrə nişanlı, qara rəngli “Range Rover” markalı və ağ rəngli “BMW X5″ markalı maşınlar”.

Iş adamları bildirir ki, pullarını ala bilmədiklərinə görə banklardan kredit götürüb işçilərin maaşını veriblər. Devalvsiyadan sonra kredit borcları iki dəfə artıb. Müraciət müəllifləri daha sonra bildirib: “Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina edib.

Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin drijoru departamentin rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd edib ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin. Ancaq deyəsən Çingiz Məmmədov ölkə prezidenti cənab Ilham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.

Hörmətli Kamran müəllim!

Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz”.(Azadliq.info)

villa4

villa5

villa2

villa3

villa1

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam