Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirin "kassir"i sahibkarlara 910 min manat "atıb"

 

Dəmir Yolu İdarəsinin departament rəhbəri Çingiz Məmmədov iş adamlarına pulu ödəməmək üçün qaçıb gizlənib 

Xeberinfo.com:   Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəhbərliyi ilə iş adamları arasında münaqişəli vəziyyət yaranıb. Münaqişəyə səbəb isə idarə rəhbərliyinin verdiyi sifarişlərini yerinə yetirən sahibkarlara pulun ödənilməməsidir. Özü də həmin pulun məbləği kifayət qədər böyükdür. 

Cavanşir Əsgərov, Altay Ağayev, Rahid İbadi və Camal Əhmədli jam.az-a yazıblar ki, hələ Arif Əsgərovun rəhbərliyi dövründə idarənin verdiyi bütün sifarişləri vaxtlı vaxtında yerinə yetiriblər. Onlar Quba, Gəncə, Nabran, Göy Göl, Ağdaş, Goranboy və daha bir neçə rayonda dəyəri milyonlarla ölçülən işlər görüblər. 

Sahibkarlar bildirirlər ki, Dövlət Dəmir Yolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədovla 10 il ərzində etdikləri əməkdaşlıq sonda ikincinin maliyyə məsələsində yanlış yol seçməsiylə pozulub. Nəticədə, ortaya 910 min manatlıq bir borc çıxıb. «Gördüyümüz işlərdən sonra Cavanşir Əsgərova 150 min manat, Rahid İbadiyə 60 min manat, Altay Ağayevə 600 min manat, Camal Əhmədliyə isə 125 min manat olan borc bugünə qədər hələ də ödənilməyib. İşləri gördüyümüz ərəfədə ilkin olaraq ümumi dəyərin 20-30 faizi ödənilməklə Çingiz Məmmədov işini bitmiş hesab etdi. Və sonradan məlum oldu ki, departament rəhbəri bunu bilərəkdən edib. Hazırda Dövlət Dəmir Yolu İdarəsinin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbərliyi onlarla bağladığımız müqaviləni bizə verməkdən də imtina edir».

Sahibkarlar bildirirlər ki, işin əvvəlində onlara vəd olunub ki, hər ay pullarını hissə-hissə alacaqlar. «Lakin nəinki bizə aybaay pul verildi, hətta borclarımız belə qaytarılmadı. Sonradan dəqiqləşdirdik ki, Çingiz Məmmədov ümumiyyətlə, büdcə pullarını bu şəkildə mənimsəməklə məşğuldur. Rəhbəri olduğu Departamentin 300 nəfərə yaxın «ölü canlısı» var. Çoxsaylı mülklərə sahibdir. Hətta yanında işə götürdüyü Pəri adlı qadına bizim hesabımıza maşın və villa alıb. Çingiz Məmmədovun bütün evləri və villalarının yerini bilirik. Zərurət olduğunda onların harada yerləşdiyi barədə məlumat verəcəyik». 

Jam.az-a yaxan sahibkarlar vurğulayırlar ki, sözügedən departamentin mühasibatlığında çalışan Göyçək adlı xanımla da əlaqə saxlayıblar. Məqsədləri indiyə qədər gördükləri işlərin müqavilələri və hesablaşmaların surətlərini əldə etmək olub. «Lakin Göyçək xanım üzümüzə durub dedi ki, guya, biz Dəmir Yolu İdarəsi üçün nə iş görmüşük, nə də bizimlə hər hansı bir müqavilə bağlanılıb. Sonradan dəqiqləşdirdik ki, adıçəkilən bu qadın elə Çingiz Məmmədovun «qara mühasibatlıq» işlərini aparan şəxsdir və bu səbəbdən də sənədləri bizə verməkdən imtina edir». 

İş adamları dövlət başçısına da müraciət ediblər. Onlar Prezidentdən xahiş ediblər ki, üzləşdikləri problemlərin həllində yardımçı olsun. Və ümid edirlər ki, ölkə rəbərliyi sahibkarlara dayaq duracaq. 

Qeyd edək ki, Cavanşir Əsgərov, Altay Ağayev, Rahid İbadi və Camal Əhmədli başda olmaqla 30-a yaxın fəhlə dünən Dövlət Dəmir Yolu İdarəsinin qarşısına toplaşaraq, qurumun rəhbəri Cavid Qurbanovla görüşmək istəyiblər. Lakin Cavanşir Məmmədovun işə dolayı qarışması nəticəsində görüş baş tutmayıb. Amma sahibkarlar haqlarını tələb etmək üçün Cavid Qurbanovla görüşməyə qərarlıdırlar. Bu səbəbdən də hər gün qəbula yazılmaq üçün İdarənin qarşısına toplaşacaqlarını bildirirlər. 

Bu əsnada, onu da dəqiqləşdirmişik ki, Çingiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əsas adamlarından biri sayılır. Onun əsas missiyası isə tikinti işlərini həyata keçirmək və tenderlərlə bağlı olub. Bəzi qaynaqlar departament rəhbərini nazirin «kassir»lərindən biri hesab edir. 

Redaksiyadan:  Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam