Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HİCRAN HÜSEYNOVA YOLA SALINIR?

71

Komitə sədri İrana gedən nümayəndə heyətinin tərkibinə salınmadı, onun əvəzindən sənədi Elmar Məmmədyarov imzaladı

Xeberinfo.com:  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və həmin komitənin sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min dollarlıq rüşvət qalmaqalı haqda hər ötən gün yeni məlumatlar ortaya çıxır. Hazırda məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Gələn məlumatlar onu deməyə əsas verir ki, ortaya çıxan qalmaqal H.Hüseynovanın komitə sədri olaraq hakimiyyət komandasından dışlanmasına səbəb olub. Belə ki, fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı İran prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

İranla Azərbaycan arasındakı mədəniyyət məsələlərini tənzimləyəcək sənədə mədəniyyət naziri Əbülfəs Qarayev, nəqliyyat sahəsi üzrə Cavid Qurbanov, gömrük sahəsi üzrə Aydın Əliyev, iqtisadiyyat sahəsi üzrə Şahin Mustafayev, neft sahəsi üzrə Rövnəq Abdullayev, ailə və uşaq problemləri sahəsi üzrə isə xarici işlər naziri Elmar Məmmədyarov imza atıb. Qəribə deyil?

Axı Elmar Məmmədyarov xarici işlər naziridir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun sədri olduğu bir vaxtda xarici işlər nazirinin bu sahə üzrə sənədlərə imza atması anlaşılmazdır və bu fakt H.Hüseynovanın vəziyyətinin heç də yaxşı olmadığını söyləməyə əsas verir.

Bundan başqa, 170 minlik qalmaqalda ittiham edən, pulu əlindən alınmış şəxs kimi adı keçən Eynur Kərimovun rüşvət qalmaqalının detallarını açıqlaması da H.Hüseynovanın durumunu bir qədər də çıxılmaz edib.

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam