Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Namiq Abbasov MTN-nin ləğv edilməsindən danışdı

 

“Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram”. 

 

Xeberinfo.com:   Məlumata görə, bunu Modern.az saytına açıqlamasında 1995-2004-cü illərdə  Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.

N.Abbasov həmçinin bildirib ki, zamanı qabaqlamaq lazım deyil.

“Bilirsiniz, bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. Başqa rəy bildirməyə lüzum görmürəm”.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam