Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ölkədən 1 milyon dollarlıq qızıl çıxarmaq istəyən hansı məmurdur?

qizil

Türkiyədə keçiriləəməliyyatla bağlı ilginc iddialar

Türkiyənin hüquq-mühafizə qurumları Azərbaycandan bu ölkəyə xalis qızıl külçəaparan şəxsləri saxlayıblar.

Xeberinfo.com:   Məlumata görəəməliyyat Istanbulda həyata keçirilib. Polislər şübhə doğuran Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçiriblər. Baxış zamanı avtomobildə 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edilərək götürülüb.

Türk hüquq-mühafizə qurumları xəbər verir ki, külçələr Azərbaycandan Istanbula qaçaqmalçılıq yolu ilə gətirilib. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb. Onlar istintaqa ilkin ifadələrində Türkiyədə qızıl baha olduğu üçün satışı burada həyata keçirmək istədiklərini bildiriblər.

Yanvarın 27-də Azərbaycandan Gürcüstana qeyri-qanuni yollarla qızıl keçirmək istəyən bir nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan hissəsində saxlanılmışdı. Saxlanılan şəxsin əl çantasından 73.99 qr. qızıl aşkarlanmışdı.

Qeyd edək ki, Azərbaycanda maliyyə böhranı başlayandan qeyri-rəsmi ölkədən valyuta çıxarılmasına qadağa qoyulub. Lakin bu qadağaya əməl etməyənlər də var. Və onlarəksər hallarda valyutanı qızıl, yaxud da briliant şəklində ölkədən çıxarmağa cəhd edir. Ekspertlər bildirir ki, bu hadisə də ölkədən valyuta çıxarılmasına cəhddir. “Türkiyədəqızıl Azərbaycandan daha ucuzdur. Bu baxımdan Azərbaycandan ora qızıl aparıb satmaq inandırıcı görünmür. Görünür, həmin şəxslər pullarını bu şəkildə ölkədən çıxarmağa çalışıblar”.

Məlumat üçün deyək ki, Azərbaycanda 1 kiloqram qızılın qiyməti 36 min dollardır. 33 kiloqram qızıl isə 1 milyon 188 min dollar edir. Ekspertlər güman edir ki, bu işin arxasında hansısa məmur dayanır. “Həm tutulan şəxslərin adlarının açıqlanmaması, həm də qızılın çox olması işin arxasında hansısa məmurun dayandığı barədə şübhələr yaradır”, – deyə ekspertlər vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam