Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

33 kq qızıl aparanlar tutuldu

qizilTürkiyənin hüquq-mühafizə qurumları Azərbaycandan bu ölkəyə xalis qızıl külçə aparan şəxsləri saxlayıblar.

Xeberinfo.com:  Əməliyyat İstanbulda həyata keçirilib. Polislər şübhə doğuran Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçiriblər. Baxış zamanı avtomobildə 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edilərək götürülüb.

Türk hüquq-mühafizə qurumları xəbər verir ki, külçələr Azərbaycandan İstanbula qaçaqmalçılıq yolu ilə gətirilib. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb. Onlar istintaqa ilkin ifadələrində Türkiyədə qızıl baha olduğu üçün satışı burada həyata keçirmək istədiklərini bildiriblər.

Yanvarın 27-də Azərbaycandan Gürcüstana qeyri-qanuni yollarla qızıl keçirmək istəyən bir nəfər «Sınıq körpü» sərhəd-keçid məntəqəsinin Gürcüstan hissəsində saxlanılmışdı. Saxlanılan şəxsin əl çantasından 73.99 qr. qızıl aşkarlanmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam