Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İraq və Suriya İŞİD-ə qarşı

 

İraq baş naziri Mosulun azad edilməsi üçün sayılı saatların qaldığını bəyan edib, Suriyada isə ordu Hələbi mühasirəyə alır

"Xeberinfo.com": İŞİD-ə qarşı əməliyyatlar yenidən intensivləşib. Xüsusən də qruplaşmanın ötən həftə sonu İraqda hücuma keçərək Ənbar vilayətinin böyük bir hissəsini ələ keçirməsindən sonra döyüşlər şiddətlənib. Ənbar əyalətinin əl-Vəfa, Hit və Kubeysə rayonların İŞİD-in nəzarəti altına keçən döyüşlərdən sonra İraq ordusu və könüllü qruplaşmalar İŞİD-ə qarşı hücum əməliyyatı həyata keçiriblər. 
“əl-Ərəbiyyə” telekanalının məlumatına görə, İraq ordusu və sünni tayfaların silahlı dəstələri Ənbar vilayətinin qərb hissəsində yerləşən əl-Bağdadi nahiyəsində İŞİD-in mühasirəsini qıraraq qruplaşmaya ağır zərbələr endirib. İŞİD xeyli sayda yaraqlı itirib. İraqın “əl-Məyadin” telekanalının məlumatına görə, hazırda İŞİD döyüşçüləri qruplaşmanın nəzarətində olan Mosul şəhərində hər evdən bir nəfəri zorla döyüşçülərinə qatmaq üçün yığır. Bu məlumat qruplaşmanın ciddi itkilər yaşadığını və böyük bir ərazidə savaşmaq üçün əlavə döyüşçüyə ehtiyac duyduğunu təsdiqləyir. 
İraq baş naziri Heydər əl-İbadi isə bəyan edib ki, Mosulun azad edilməsi üçün son hazırlıqlar artıq başa çatıb, sayılı vaxt qalıb. Qeyd edək ki, bir neçə gün əvvəl maliyyə naziri və Mosuldan deputat Xoşyar Zəbari bildirmişdi ki, İraq ordusu Mosulun azad edilməsi üçün geniş çaplı əməliyyat hazırlayır. Hətta gələn məlumatlara görə, İraq ordusu, polis, kürd peşmərgələri, sünni tayfaları və şiə könüllüləri ilə bidlirkə 70 min nəfərlik ordu hazırlanır. Ehtimal ki, İŞİD Mosula hücumun qarışısını almaq üçün Ənbar və digər bölgələrdə hücumları intensivləşdirib.  
İŞİD-in iki İmamın qəbrinin yerləşdiyi Samirrə şəhərinə hücum təhlükəsi yaranması ilə əlaqədar olaraq şiə ruhani Müqtəda əs-Sədr bildirib ki, onun tərəfdarları İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayacaq. Ötən həftə cihad hazırlığı üçün çağırış edən Müqtəda əs-Sədrin döyüşçülərinin Samirrə və digər şəhərlərin qorunması, eləcə də Mosulun azad edilməsi əməliyyatlarına qatılması mümkündür. Gələn bilgilərə görə, şiə könüllü döyüşçüləri toplansa da, mərkəızi hökumət könüllü birliklərin çoxlamasına ehtiyatlı yanaşır. 

Bu arada Suriyada da döyüşlər yenidən şiddətlənib. İdlib şəhəri ətrafında gedən şiddətli döyüşlərdə 21 müxaliflərin və 15 Suriya ordusu əsgərinin öldürüldüyü bildirilir. “əl-Cəzirə”nin məlumatına görə, hazırda Suriya ordusu qüvvələri ölkənin ikinci əsas şəhəri Hələbin mühasirəsini başa çatdırmaq üzrədir. Hələbin bir hissəsi hökumətin nəzarətində olsa da, digər hissəsində müxaliflər möhkəmlənib. Hökumət qüvvələri hazırda şəhər ətrafını bütövlükdə nəzarət altına almaq və bununla da Hələbi tamamilə nəzarət altına almağa çalışır. BMT təmsilçisi isə Hələbə yardımın daxil olması üçün danışıqlar aparır. 
Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, Deyr əz-Zor şəhəri yaxınlığında davam edən şiddətli döyüşlərdə müxalif Azad Suriya Ordusunun keçşmiş komandiri Riyad əl-Əsədin oğlu Məhəmməd Əsəd öldürülüb. “əl-Məyadin” televiziyası isə yerli mənbələrə istinadən İŞİD-in Suriyadakı paytaxtı Rəqqa şəhərində sənaye məhəlləsində baş verən partlayış nəticəsində onlarla qruplaşma döyüşçüsünün ölməsi haqda xəbər yayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam