Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Baş nazirin sabiq birinci müavininə daha bir zərbə: Zavod və restoranı əlindən alındı

abbas-12.jpg

Baş nazirin sabiq birinci müavini, 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki fəaliyyətinə görə Azərbaycan iqtidarının qəzəbinə gələn Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə vurulub. 

Xeberinfo.com:   "AzPolitika”ya verilən məlumata görə, A.Abbasov bu yaxınlarda bir neçə böyük ticarət obyekti üzərində nəzarətini və payını itirib.

Bu obyektlərdən biri Azərbaycan dövlətinin mülkiyyəti sayılan, uzun illərdir A.Abbasovun nəzarəti altında olan “Mosazervinzavod”dur. Burda müxtəlif adlarda konyak (“Abşeron”, “Gəncə”, “Şirvan”, “Bakı”)və “Staraya Ploşad” adlı araq istehsal olunur.

Məlumatlı mənbə deyir ki, bu zavod tam şəkildə A.Abbasovun nəzarəti altında olub. Lakin yanvar ayında baş nazirin sabiq müavininin zavodla əlaqələrinə son verilib.

Bundan başqa, A.Abbasov yəhudilərlə şərikliyi olan məşhur “Bakinskiy dvorik” restoranındakı payını da itirib. “Kutuzov” prospektində yerləşən bu restoranın dəyəri milyonlarla ölçülüb. 

Xatırlatmaq yerinə düşər ki, bir qədər əvvəl A.Abbasov “Azerros” rəşkilatından da uzaqlaşdırılmışdı.

Belə görünür ki, Azərbaycan hakimiyyəti A.Abbasova 2013-cü ildəki xəyanətini bağışlamayıb və ona qarşı Moskvanın rəsmi dairələrinin münasibətini də mənfiyə doğru dəyişdirməyə nail olub. Baş nazirin sabiq müavininin Moskvadakı biznesinin də əlindən alınması belə deməyə əsas verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam