“Əllərimiz tətikdədir”
İsrailin Livana zərbələri davam etdirməsi Vaşinqton və Tehran arasında İslamabadda planlaşdırılan danışıqları mənasız edəcək.
Yenixeberorg.com: Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
Onun sözlərinə görə, İsrailin Livana qarşı təkrar təcavüzü atəşkəs haqqında ilkin sazişin açıq-aşkar pozulması deməkdir.
“Bu, aldatma və mümkün razılaşmalara riayət olunmaması barədə təhlükəli siqnaldır. Bu cür hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək”, - paylaşımda deyilir.
Pezeşkian həmçinin İran hərbçilərinin əllərini daim “tətikdə” saxladığını bildirib.
“İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”, - o əlavə edib.A









AZ
RU