Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda bəzi limanlar bağlanıb

 

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb. Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, - o vurğulayıb.

Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam