Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MM sədri: Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq

 

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib.

Yenixeberorg.com: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri çıxışında Azərbaycan və Çin münasibətlərinə dair tədbir iştirakçılarına məlumat verib. Sahibə Qafarova deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır.

Sahibə Qafarova Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan təxminən üç onillik davam edən işğala məruz qaldıqdan və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə xüsusi əhəmiyyət verir.

O həmçinin yaxın aylarda Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri eyni zamanda bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaq: "Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam