Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrakli Kobaxidze: Patriarx seçimi yalnız Müqəddəs Sinodun səlahiyyətindədir

 

Gürcüstanda Patriarxın seçilməsi prosesi ətrafında müzakirələr davam edir.

Yenixeberorg.com xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, bu proses tam müstəqil olmalı və yalnız Müqəddəs Sinodun səlahiyyətində qalmalıdır.

Baş nazir "Imedi LIVE" proqramında çıxışı zamanı vurğulayıb ki, hökumət kilsədaxili məsələlərə müdaxilə etmir və bu prinsipi qoruyur. Onun sözlərinə görə, Patriarxın seçilməsi yalnız Sinod üzvlərinin qərarı ilə müəyyən olunmalıdır.

İrakli Kobaxidze əlavə edib ki, bəzi siyasi qüvvələr və media nümayəndələri bu proses ətrafında "anti-kampaniya" aparır. O, bu cür müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu bildirib və cəmiyyəti kilsənin daxili işlərinə qarışmamağa çağırıb.

Baş nazirin fikrincə, bu cür yanaşmalar Gürcüstan kilsəsinin roluna və nüfuzuna xələl gətirə bilər. O qeyd edib ki, Patriarxın seçilməsi ilə bağlı qərarların qəbulunda yalnız Müqəddəs Sinodun mövqeyi əsas götürülməlidir.

Qeyd edək ki, Gürcüstanda Patriarx seçimi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə hesab olunur və prosesə dair açıqlamalar cəmiyyətdə geniş rezonans doğurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam