Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şimali Avropa –Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

 

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər.

Yenixeberorg xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Məmməd Talıbov, eləcə də vətəndaş cəmiyyəti və analitik mərkəzlərin nümayəndələri ilə səmərəli və məzmunlu görüşlər keçirilib.

"Müzakirələr Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesi, regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişafı kimi geniş spektrli mövzuları əhatə edib. Bu səfər ötən ilin yazında siyasi direktorların Bakıya səfərindən sonra Şimali Avropa–Baltikyanı formatında (NB8) həyata keçirilən ikinci rəsmi səfərdir", - məlumatda qeyd olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam