Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

 

Sertifikasiya imtahanlarının uğurla həyata keçirilməsi müsbət haldır və bu təcrübədən digər sahələrdə də istifadə olunur. Lakin əməkhaqqının nəticələrə uyğun proporsional artımı məsələsində müəyyən boşluqlar mövcuddur.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

O nümunə gətirib ki, 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllim arasında əməkhaqqı fərqinin cəmi 10 faiz olması müəyyən mənada ədalət prinsipini tam təmin etmir.

“Sertifikasiya prosesi başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra yalnız incəsənət məktəblərində deyil, ümumilikdə ölkənin orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərlə bağlı da yeni yanaşmaların tətbiqi üçün presedent yaradılması məqsədəuyğun olardı. Bu qaydalar, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək və gələcəkdə Elm və Təhsil Nazirliyinin də bu məsələyə yenidən baxması üçün əsas yarada bilər”, - deyə şöbə müdiri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam