İranda daha 90 hərbi hədəf məhv edildi -Xark adasında
ABŞ Silahlı Qüvvələri Xark adasında neft infrastrukturuna toxunmadan İranın 90-dan çox hərbi hədəfini məhv edib.
Yenixeber.org: Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.
"Ötən gecə ABŞ qoşunları İranın Xark adasına genişmiqyaslı dəqiq zərbə endirib. Nəticədə dəniz minaları anbarları, raket saxlama bunkerləri və bir sıra digər hərbi obyektlər məhv edilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xark adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.









AZ
RU
