Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

 

Azərbaycanda 2025-ci ildə 512 müəllif-hüquq sahibinin 900 əsəri və ifası (2024-cü ildə 660 əsər) ) qeydiyyatdan keçirilib.

Yenixeber.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.

O cümlədən elektron qaydada qeydiyyatdan keçirilmiş əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı 43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197), elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75), mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və ifaların sayı 37 olub.

Hesabata əsasən, 2025-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Əqli Mülkiyyət Agentliyinə 481 iddia sənədi, o cümlədən ixtiraya aid 282, faydalı modelə aid 77, sənaye nümunəsinə aid 65 və Avrasiya patentinin alınması üçün 57 iddia sənədi daxil olub.

Belə ki, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı 2024-cü illə müqayisədə ixtira üzrə 38,2%, faydalı model üzrə 11,6%, sənaye nümunəsi üzrə 7% və Avrasiya patenti üzrə 46% artıb. Bu da 2024-cü illə müqayisədə 37,8% çoxdur.

2025-ci ildə 214 patent, o cümlədən ixtiraya dair 137, faydalı modelə aid 57 və sənaye nümunələrinə aid 20 patent verilib. Bu göstərici 2024-cü illə müqayisədə 15,7% çoxdur.

Beləliklə, 2025-ci ildə ixtira fəallığı 2024-cü illə müqayisədə 37,8%, patent fəallığı isə 15,7% artıb. Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı 4196 (2024-cü ildə 3880) olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam