ABŞ-da növbəti atışma:ölən və yaralananlar var
ABŞ-ın Old Dominion Universitetində baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Yenixeber.org: Bu barədə "NBC Nyus" məlumat yayıb.
Virciniya ştatında yerləşən ali təhsil ocağında baş verən atışmanın səbəbi açıqlanmır.
Universitet əlavə məlumat verməyib və öldürülən silahlının şəxsiyyəti açıqlanmayıb.
Xatırladaq ki, bundan öncə ABŞ-ın Qərbi Blumfild şəhərindəki “Temple İsrael” sinaqoqunda terror aktı törədilib.









AZ
RU
