Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müctəba Xamenei İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib

 

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O qeyd edib ki, ABŞ və İsrailin "daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması" ilə bağlı araşdırmalar aparılıb.

“Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, - İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xamenei "düşmənlərin etdiklərinin hesabını ödəyəcəyini" deyib.

“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam