Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İrandakı hadisələr TRIPP-in icrasını gecikdirə bilər”

 

“İranda baş verən hadisələr “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasını gecikdirə bilər”.

Yenixeber.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Aydındır ki, ABŞ administrasiyası ən azı indiki məqamda TRIPP-i prioritet hesab etmir. Təəssüf ki, bu vəziyyətin proseslərə vaxt baxımından təsir göstərməsi ehtimalı yüksəkdir. Əgər məlum olsa ki, təsir göstərməyib - daha da yaxşı”, - Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İrandakı vəziyyətin Ermənistan iqtisadiyyatına mümkün təsirinə toxunan Baş nazir yüksək inflyasiya təhlükəsi yaranacağı təqdirdə tədbirlər görüləcəyini əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam