Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır

 

Baltik və Şimali Avropa regionları ölkələri, Macarıstan və Slovakiya tərəfindən Avropa İttifaqının (Aİ) vəd etdiyi 90 milyard avro məbləğindəki kreditin bloklanmasına baxmayaraq, ən tez bu ilin ortalarına qədər Ukraynanın sabitliyini qorumaq üçün ona lazımi həcmdə vəsait yönəltməyə hazırdırlar.

"Yenixeber.org xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" məlumat yayıb.

"Əgər hər iki ölkə güzəştə getməsə, Baltik və Şimali Avropa regionu dövlətləri Ukraynanın ən tez cari ilin ortalarına qədər dayanıqlığını təmin etmək üçün kifayət qədər resurs ayırmaq niyyətindədirlər", - "Politico"nun mənbələri qeyd ediblər.

Söhbət Aİ-nin təsdiqini tələb etməyən təqribən 30 milyard avro məbləğindəki ikitərəfli kreditlərdən gedir.

Qeyd olunub ki, Aİ dövlət başçıları Brüsseldə sammitə toplaşacaq və orada Macarıstanın Baş naziri Viktor Orbanı, eləcə də onun slovakiyalı həmkarı Robert Fitsonu krediti təsdiqləmək üçün yola gətirməyə ümid edirlər. Bu vəsaitlər 2027-ci ilin sonuna qədər Kiyevə lazım olan xərclərin təxminən üçdə ikisini ödəməlidir.

Niderlandın maliyyə naziri Elko Haynen bildirib ki, onun hökuməti 2029-cu ilə qədər Kiyevə ikitərəfli dəstək şəklində ildə 3,5 milyard avro təqdim etməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam