İsraildə 2 azərbaycanlı həlak oldu -FOTO

İranın İsrailə raket atəşinə tutması zamanı 2 azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.
Yenixeber.org: Bu barədə “Ynet” məlumat yayıb.
Ötən gün İran raketinin qalıqlarının Yahud şəhərindəki tikinti sahəsinə düşməsi nəticəsində həlak olan iki tikinti işçisinin kimliyi müəyyən edilib.
Qurbanlar Petah Tikva şəhərinin sakinləri olan 61 yaşlı Rüstəm Qolumov və 40 yaşlı Amid Murtuzov olub. Bildirilib ki, onlar Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.
Hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.










AZ
RU