Sərkisyan həbs edildi...
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanı qiyabi olaraq həbs edib.
Yenixeber.org: Bu barədə məhkəmə məlumat yayılıb.
“Aleksandr Sərkisyanın harada olduğu məlum deyil. O, axtarışdadır. Tapılıb Ermənistan yurisdiksiyasına qaytarıldıqdan sonra məhkəmə qətimkan tədbirinin tətbiqinə yenidən baxacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, Aleksandr Sərkisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 46-256-cı maddəsi (etibar edilmiş əmlakı mənimsəməyə təhrik etmə) ilə cinayət işi başlanılıb.









AZ
RU
