Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

 "İranın növbəti ali lideri ... uzun müddət hakimiyyətdə qala bilməyəcək"

ABŞ Prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali lideri Ağ Evin razılığını almadan uzun müddət hakimiyyətdə qala bilməyəcək.

Yenixeber.org: Tramp bu barədə ABC News telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İran mərhum ali lider Ayətullah Əli Xameneinin yerinə yeni rəhbər seçməyə hazırlaşdığı bir vaxtda ABŞ bu məsələyə xüsusi diqqət yetirir.

“Onun bizdən razılıq alması lazım olacaq. Əgər bizdən razılıq almasa, uzun müddət hakimiyyətdə qala bilməyəcək. Biz istəyirik ki, hər 10 ildən bir bu məsələyə qayıtmaq məcburiyyətində qalmayaq” – deyə Tramp bildirib. “

ABŞ prezidenti əlavə edib ki, gələcəkdə eyni vəziyyətin yenidən yaranmasını istəmir.

“Mən istəmirəm ki, beş ildən sonra yenidən eyni şeyi etməyə məcbur qalaq, yaxud daha pisi – onların nüvə silahına sahib olmasına imkan verək”, – deyə Tramp vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam