Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenski: Rusiya Ukraynaya 29 raket və 480 dronla hücum edib

 

Rusiya Ukraynaya qarşı hücumda yarısı ballistik olmaqla 29 raket və 480 dron istifadə edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Xarkova hücumu nəticəsində aralarında uşaqlar olmaqla 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Zelenski Rusiyanın həyata keçirdiyi hücumların Kiyevdə energetika obyektlərinə, Xmelnitski və Çernovitski vilayətlərinə, Jitomir vilayətində dəmir yoluna yönəldildiyini qeyd edib: “Dnipro, Zaporojye, Vinitsa, Odessa, Poltava, Sumı və Çerkasi vilayətlərində zədələnmiş obyektlər qeydə alınıb. Lazım olan hər yerdə müvafiq xidmətlər fəaliyyət göstərir”.

Ukrayna lideri vurğulayıb ki, bu hücumlar Rusiyanın Ukraynanın yaşayış və kritik infrastrukturunu məhv etmək cəhdindən əl çəkmədiyini göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam