Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yenixeber.org: Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.









AZ
RU