Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

 

Sərfəli xidmətləri ilə tanınan “Nar” 2025-ci ildə də Müştəri Loyallığı İndeksi (NPS – Net Promoter Score) üzrə mobil operatorlar arasında lider mövqeyini qoruyaraq bu göstəricidə ardıcıl 7-ci dəfə birinci olub. Müstəqil beynəlxalq tədqiqat şirkəti tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar” Azərbaycanda ən yaxşı mobil internet xidmətləri göstərən və ən sərfəli qiymətlər təklif edən operator kimi seçilib.

 

Yenixeber.org: Müştəri Loyallığı İndeksi üzrə araşdırma 2025-ci ilin dekabr ayında keçirilib və 30 gün davam edib. Sorğuda ölkə üzrə ümumilikdə 1500 mobil operator istifadəçisi olan şəxslər iştirak edib. Tədqiqat qaydalarına uyğun olaraq, sorğu müxtəlif demoqrafik qrupları və peşə sahələrini əhatə edib. 

 

Əlavə olaraq, mobil internet keyfiyyəti, zəng və mobil internet qiymətləri və etibarlılıq kimi göstəricilər üzrə də qiymətləndirmə aparılıb. Araşdırmanın qərəzsizliyini təmin etmək məqsədilə, sorğular mobil operator tərəfindən deyil, müstəqil sorğu şirkəti tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, mütəmadi olaraq müştəri tələbini araşdıran “Nar” məhsul və xidmətlərini daha sərfəli şərtlərlə abunəçilərinə təqdim edir. Ardıcıl 7 il bazarda müştəri rəğbətini yüksək həddə saxlayan mobil operator xidmət keyfiyyətinin davamlı təkmilləşdirir və abunəçilərinin ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər təkliflər edir.

 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Naristifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSimtexnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam