Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib-FOTO

 

Riqada Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə Latviya Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese Kalnina rəhbərlik edib.

Latviya nümayəndə heyətində bu ölkənin sərhəd xidməti, o cümlədən miqrasiya idarəsinin nümayəndələri də təmsil olunub.

Görüşdə həmçinin Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi də iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti Latviya Respublikasının Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam