Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib

 

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində İcraçı direktora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub.

Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam