Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hacıbala Abutalıbov vəzifəsindən çıxarılır

 

 

                                   Paytaxtın sükanı başqa ələ keçir.

 

  Beynəlxalq təşkilatların israrlı təkidlərindən sonra hakimiyyət yaxınlarda mer institutunun təsis edilməsi və Bakı bələdiyyəsinin yaradılması ilə bağlı siyasi qərar qəbul edib.

 

    Hakimiyyətdəki güc mərkəzlərinin hər biri strateji postda öz namizədini görmək istəyir


"xeberinfo.com": Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq. Hazırda meriyanın səlahiyyətlərinin artırılması prosesi gedir ki, bu da gələcək merin daha çox səlahiyyətə yiyələnməsinə xidmət edir. Bu barədə  hakimiyyətə yaxın mənbələrdən məlumat yayıb.

Mənbə iddia edir ki, beynəlxalq təşkilatların israrlı təkidlərindən sonra hakimiyyət yaxınlarda mer institutunun təsis edilməsi və Bakı bələdiyyəsinin yaradılması ilə bağlı siyasi qərar qəbul edib. Ona görə də Bakı Şəhər İcra hakimiyyətinin səlahiyyətləri artırılır ki, meriya fəaliyyətini effektiv qura bilsin. Şəhərdaxili yolların təmir-tikintisi, eləcə də paytaxtda sərnişin daşınması işinin təşkili funksiyalarının Nəqliyyat Nazirliyindən alınaraq meriyanın idarəetməsinə verilməsinin səbəblərindən biri də budur.

Mənbənin iddiasına görə, meriya institutunun təsis edilməsi ilə bağlı qərarın verilməsi bu posta iddialılarının aktivləşməsinə səbəb olub.  Bir məsələ birmənalıdır ki, merin adı Hacıbala Abutalıbov olmayacaq. Təbii ki, hakimiyyətdəki güc mərkəzlərinin hər biri strateji postda öz namizədini görmək istəyir və bunun üçün indidən hərəkətə keçiblər. Hazırda bu posta 5 iddialının adı çəkilir. 

Əli Əsədov

Bu posta real namizədlərdən biri prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovdur. Hazırda paytaxt təsərrüfatının idarə olunmasına nəzarət birbaşa Ə.Əsədovun kurasiyasındadır. Paytaxtın mərkəzində dövlət sifarişli tikintilərinə həyata keçirilməsin birbaşa o, rəhbərlik edir. Bu baxımdan mer rəqabətindən qalib kimi çıxmaq şansları yüksəkdir. O da maraqlıdır ki, Ə.Əsədov Naxçıvan əsilli olsa da Bakıda doğulub və Naxçıvan klanına yox, birbaşa prezidentə yaxın şəxs sayılır. 

Ə.Əsədov Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olub. 1998-ci ildən Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Xaləddin İsgəndərov

Bakı meri postuna əsas iddialılardan biri kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adı hallanır. Qaynağın məlumatına görə, son vaxtlar əhəmiyyətli dərəcədə güclənmiş Bakı klanı Binəqədinin icra başçısını mer postunda görmək istəyir. Bu həm də Bakı klanı ilə Naxçıvan klanı arasındakı ənənəvi rəqabətin təzahürüdür. 

Qaynaq bildirir ki, xarakter baxımından X.İsgəndərov H.Abutalıbovun son 13 ildə meriyada yaratdığı qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır. 
Mənbənin iddiasına görə, X.İsgəndərovun gözlənilən təyinatına Naxçıvan klanı ilə Bakı klanı arasındakı ənənəvi rəqabətin davamı kimi baxmaq lazımdır: “Şəhər təsərrüfatında Naxçıvan klanı dominant mövqeyə sahibdir. Xüsusilə də maliyyə, torpaq və daşınmaz əmlakla bağlı məsələlər istisnasız olaraq Naxçıvan əsilli məmurların əlindədir. İndi yeni təyin ediləcək merin qarşısında həmin seti dağıtmaq öhdəliyi qoyulacaq”.
X.İsgəndərovun bioqrafiyası da maraqlıdır. 

O vergilər naziri, hazırda siyasi elitanın əhəmiyyətli fiqurlarından birinə çevrilən Fazil Məmmədovun çox yaxın qohumudur (bacısının əridir). Gələcək mer karyerasına elə Hacıbala Abutalıbovun işçisi kimi başlayıb.  X.İsgəndərov 2000-2003-cü ildə Bakı Şəhər İcra hakimiyyətində ərazi idarəetmə şöbəsində işləyib. Mərhum prezident Heydər Əliyevin dönəmində yaxın qohumların bir-birinin tabeçiliyində işləməsinə müəyyən qadağalar olduğundan (söhbət daha çox nazir və onların yaxın qohumlarından gedir) F.Məmmədov onu yalnız Bakı şəhər İcra Hakimiyyətində sıravi işçi kimi işə düzəldə bilmişdi. Ancaq H.Əliyev dünyasını dəyişəndən sonra  bu qayda pozuldu və qohumlar tədricən nazir qohumlarının tabeçiliyinə keçməyə başladı. 

Bu dalğada X.İsgəndərov da vergi sisteminə keçid elədi və Yevlax Ərazi Vergilər İdarəsinin rəis müavini təyin edildi. Az sonra F.Məmmədov ona daha çox səlahiyyət verdi və Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsinə təyin etdi. Burada o müavin olsa da, gerçək birinci şəxs sayılırdı. Bütün problemli məsələlər barədə o qərarlar qəbul edirdi.

Süleyman Mikayılov 

Naxçıvan klanının da bu posta öz namizədi var. Bu, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. S.Mikayılov hələ Lənkəranın icra başçısı işləyəndə onun Bakı meri iddiası ilə bağlı məlumatlar dolaşırdı. O, Lənkərandakı vəziyyəti düzəltmək üçün xeyli cəhdlər edən icra başçısı yuxarıların diqqətini çəkməyə çalışıb. Bəzi müşahidəçilər S.Mikayılovun Qaradağa icra başçısı təyinatını da “mer postuna hazırlıq” kimi dəyərləndirirdi.

S.Mikayılov 1962-ci ildə Naxçıvanda doğulub. 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarə rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

4 mart 2010-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Boks Federasiyasının vitse- prezidentidir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından sayılır.

Cavid Qurbanov

Bakı meri postuna iddialılardan biri də “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovdur. 2006-cı ilin əvvəlində belə iddiada bulunmuş, lakin geri çəkilməyə məcbur olan deputat paytaxtda mer institutunun təsis edilməsi ilə bağlı söhbətlər ciddiləşdiyindən yenidən ambisiyalarını ortaya qoyub. 

1958-ci il təvəllüdlü C.Qurbanov Kəlbəcərdə doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində prezident, 1995-ci ildə “Azərərzaqnəqliyyat” birliyində direktor, 1996-1997-ci illərdə Dövlət Dəmiryolu idarəsinin təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis işləyib. 

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyinin nəzdində olan “Yolnəqliyyatservis” MMC-nin rəisi olub.  2007-ci ilin fevral ayından “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvüdür. Bu yaxınlarda ölkənin ikinci soyadı ilə qohumluq münasibətləri qurması onun şansını artıran amil hesab edilir.

Zakir Fərəcov

Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun da bu posta öz namizədi var. Bu şəxs Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.
1954-cü il təvəllüdlü Z.Fərəcov Laçın rayonunun Qazıdərə kəndində doğulub. Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Sumqayıt şəhəri Mənzil Kommunal İstehsalat birliyində müxtəlif vəzifələrdə, o cümlədən də  baş direktor işləyib. 1999-2005-ci illərdə Sumqayıt şəhər bələdiyyəsinin sədri işləyib. 2005-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun siyasi sıçrayışları  B.Əyyubovun dəstəyi ilə mümkün olub - generala sadiq kadrlardan sayılır. Ancaq onun bu posta namizədliyi o qədər də real sayılmır. Çünki onun idarəçiliyi barədə pozitiv informasiyalar yox dərəcəsindədir.

Bakı meri uğrunda rəqabətdən kimin qalib çıxacağı yaxın vaxtlarda bəlli olacaq. Ancaq redaksiyamızı bilgiləndirən qaynaq sürpriz namizədin olacağını da istisna etmir: “Yəni təhsil naziri Mikayıl Cabbarov kimi və ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov kimi gözlənilməz namizədin də ortaya çıxması mümkündür. Son təyinatlarda bu praktikadan tez-tez istifadə edilir”.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam