Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərar veriləcək

 

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ilk dəfə, yəni fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Yenixeber.org xəbər verir. Mərkəzi Bank bundan əvvəl, dekabrın 10-dakı qərarında uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərini 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir.

Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu "ING Group" ötən həftə Azərbaycanla bağlı açıqladığı hesabatda AMB-nin növbəti qərarında uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırıb: "Yaxın müddətdə monetar siyasətdə dəyişiklik gözlənilmir və Azərbaycan Mərkəzi Bankının 4 fevral tarixli iclasında uçot dərəcəsini 6,75% səviyyəsində dəyişməz saxlaması ehtimalı yüksəkdir. Faiz endirimi yalnız davamlı dezinflyasiya və fiskal intizamın möhkəmlənməsi fonunda mümkün hesab olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam