Laricani təcili Moskvaya getdi -Putinlə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Moskvada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Yenixeber.org: Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Laricaninin səfəri öncədən elan olunmayıb.
İranın Rusiyadakı səfiri Kazım Cəlalinin sözlərinə görə, Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin əsas mövzuları ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Yaxın Şərqdəki vəziyyət olub.
Qeyd edək ki, bu gün İran XİN başçısı Abbas Arakçı Türkiyə lideri Ərdoğanla görüşüb.










AZ
RU
