Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Euronews”un saytında AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc edilib

 

“Euronews”un saytında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc olunub.

Yenixeber.org xəbər verir ki, məqalədə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb.

Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya Prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib.

“Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı”, - yazıda deyilir.

Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Euronews”a verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər.

“Hadisədən təxminən bir il sonra, Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib, kompensasiya təklif edilib”, - yazıda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.

Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam